“Könüllü DOST” proqramına ötən dövrdə 4,6 min şəxs cəlb olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin “Könüllü DOST” proqramına bu il daha 4,3 min müraciət olub və proqrama 224 nəfər cəlb edilib.
Fhnews.az xəbər verir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, proqram fərqli ictimai və yaş təbəqələrini, habelə fəaliyyət sahələrini əhatə edən bir neçə altproqramdan ("Gənc DOST", "Gümüşü DOST", “Korporativ DOST”, “İnklüziv DOST” və "Distant DOST" altproqramları) ibarətdir.
DOST könüllüləri DOST mərkəzlərində vətəndaş məmnunluğuna uyğun xidmətlərin göstərilməsi, vətəndaşların qarşılanması, məlumatlandırılması, xidmət pəncərələrinə yönləndirilməsi və s. işlərdə dəstək verirlər.
Onlardan böyük əksəriyyəti gənclərdir və “Könüllü DOST” proqramında iştirak onlara əhəmiyyəti işgüzar vərdişlər, sosial sahədə bilik və təcrübə əldə etmək, fərdi inkişaf, yeni dostlar və karyera yolunda ilk uğurlu addımlar atmaq imkanı yaradır.
DOST Agentliyi və ilk DOST mərkəzi 2019-cu ilin mayında açılıb, sonralar yeni DOST mərkəzləri yaradılmaqla həmin mərkəzlərin sayı 7-yə çatıb. Ötən dövrdə “Könüllü DOST” proqramına 108 mindən çox müraciət olub. Proqramda iştirak edənlərin sayı isə 4,6 min nəfər təşkil edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...