22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Konq-rey”qasırğası Tayvanı vurdu: 3 nəfər ölüb, 690 nəfər yaralanıb

03-11-2024
IMG

Tayvanın  “CNA" agentliyinın xəbərinə görə, Təcili Əməliyyat Mərkəzi qasırğanın maddi ziyana səbəb olduğu 10 min 831 hadisənin qeydə alındığını bildirib.

Qasırğanın yaratdığı şiddətli tufan və daşqınlar nəticəsində müxtəlif əyalətlərdə 690 nəfər xəsarət alıb. Qeyd olunub ki, tayfundan zərər çəkənlər üçün yaradılmış 10 təcili sığınacaqda hələ də 155 nəfər var.

Güclü külək və yağış adada daşqınlara və torpaq sürüşməsinə səbəb olub, evlərə, yollara və kritik infrastruktura ziyan vurub.

Qasırğa səbəbindən 950 mindən çox evə elektrik enerjisi, 63 mindən çox evə isə su verilişi kəsilib. Bildirilir ki, hazırda ən azı 32 min ailə elektrik enerjisi ilə, 1240 ailə isə su ilə təmin olunmayıb.
Hsinçu, Taoyuan və Hualiendə yolların bağlanması səbəbindən üç bölgə hələ də əlçatmaz olsa da, Taichung və Nantouda bir çox yolun zədələndiyi və bağlandığı bildirilir.

Qasırğa  kənd təsərrüfatına 15 milyon dollar maddi ziyan vurub, ən çox zərər Hualien və Yulin əyalətlərində müşahidə olunub.

Qeyd edək ki, “Konq-rey” tayfunu oktyabrın 31-də Tayvanın cənub-şərq sahilində yerləşən Taytung əyalətinin Çinqonq şəhərinə çatıb, sonra isə şimal-şimal-qərb istiqamətində daxili istiqamətlərə doğru zəifləyərək tropik çökəkliyə çevrilib. Qasırğa səbəbindən Çinin şərq sahilində, Tayvanın əks sahilində yerləşən Fucien əyalətində də həyəcan təbili çalılıb.

Sürəti saatda 184 kilometrə çatan davamlı küləkləri daşıyan “Kong-rey “ bu il Sakit Okeanda baş verən 21-ci qasırğadır.

Paylaş: