“Kaledoniya Hava Yolları” əməkdaşlarının böyük qismini ixtisar edir
Fransanın Yeni Kaledoniya regionunda xidmət göstərən “Kaledoniya Hava Yolları” şirkəti (Air Caledonie) əməkdaşlarının üçdə birini ixtisar edəcək.
Fhnews.az “Figaro”ya istinadla xəbər verir ki, bu barədə şirkətin elan etdiyi sosial planda bildirilib. Qeyd olunub ki, son 2 ayda baş verən iğtişaşlar və hava məkanının bağlanması şirkətə ciddi ziyan vurub.
“Kaledoniya Hava Yolları” Yeni Kaledoniya arxipelaqının adaları arasında nəqliyyat əlaqəsini həyata keçirir. Şirkətin hazırda 350 əməkdaşı var.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...