22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Kaan” yaxın zamanlarda havaya qanadlanacaq

12-01-2024

Türkiyənin Müdafiə Sənayesi naziri Haluk Görgün bildirib ki, tezliklə  milli döyüş təyyarəsi “Kaan”ın ilk uçuşu gerçəkləşəcək. Həmçinin F-16 layihəsi də bu il həyata keşəcək. Nazir həmçinin pilotsuz uçuş aparatları üçün hazırlanan kameraların kütləvi istehsalına başlanacağını da deyib:  “Gəmi platformalarımızın təhvil vermə mərasimin yanvarın 19-da Prezidentin iştirakı ilə olacaq.

“TCG Anadolu”dan sonra ikinci ən böyük gəmi “Dərya”nın qəbulu baş tutacaq. Kaan Milli Döyüş Təyyarəsinin ilk uçuşu tezliklə olacaq. F-16 layihəsi  2024-cü ildə təhvil veriləcək. Gökbey vertolyotu jandarmaya təslim ediləcək. Pilotsuz uçuş aparatları üçün hazırladığımız kameraların kütləvi istehsalına başlanacaq.”-deyə nazir nəzərdə tutulan işlər barədə ətraflə açıqlama verib.

 

Paylaş: