“İstanbul Mədəniyyət Yolu Festivalı”nda dünyaca məşhur əsərlər yer alacaq
Türkiyə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən bu il 16 şəhərdə təşkil edilən “Türkiyə Mədəniyyət Yolu” Festivalının 13-cü dayanacağı İstanbul olacaq.Pikassodan Da Vinçiyə, Fridadan Endi Uorhola, Salqadodan Refik Anadola qədər əhəmiyyətli rəssamların əsərləri 28 Sentyabr-6 Oktyabr tarixləri arasında keçiriləcək "İstanbul Mədəniyyət Yolu Festivalı"nda sənətsevərlərin görüşünə gələcək.
Dünyanın önəmli rəssamlarından biri olan Pablo Pikassonun əsərləri 28 sentyabr-31 dekabr tarixləri arasında Atatürk Mədəniyyət Mərkəzində sərgilənəcək. Sərgidə qravüra, çertyoj, afişa, litoqrafiya və fotoşəkillərdən ibarət 170 ədəd orijinal və rəssamın varisləri tərəfindən təsdiqlənmiş əşyalar nümayiş etdiriləcək.
Dahi rəssam Leonardo Da Vinçinin əsərlərini bir araya gətirən "Leonardo Da Vinci-Renessans Dahisi" sərgisi isə 28 sentyabr - 15 yanvar 2025-ci il tarixləri arasında Lalə Muzeyində sərgilənəcək. Sərgidə 100-dən çox ixtira modeli sənətsevərlərə təqdim olunacaq.
Sebastiao Salqado festivalda “Genesis” adlı sərgisi ilə iştirak edəcək.Braziliyalı sənədli fotoqraf Sebastiao Salqadonun karyerasının ən uzun sürən və ən əhəmiyyətli layihələrindən biri olan "Yaradılış" adlı sərgisi də ilk dəfə İstanbulda fotoqrafiyasevərlərlə görüşəcək.
Meksikalı rəssam Frida Kahlonun həyatına səyahət olan "Frida Kahlonun Gündəlikləri Sərgisi”,pop sənətinin önəmli nümayəndələrindən olan Endi Uorholun “Warhol's World – Icon of Pop Art” adlı sərgisi də festival çərçivəsində nümayiş etdiriləcək.
Yeni media sənətçisi Refik Anadolun son layihəsi olan "Yerin xəyalları: Anadolu" isə ilk dəfə nümayiş etdiriləcək. Əsər tamaşaçıları arxeoloji biliklər və qabaqcıl texnologiya arasındakı dinamik və yeni əlaqəni araşdırmağa dəvət edir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...