“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşları “Təməl Həyata Dəstək” təliminə cəlb edilib
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun əməkdaşları üçün "Təməl Həyata Dəstək" təlimləri keçirilib.
Fhnews.az xəbər verir ki, məqsəd qoruğa üz tutan turistlərin sağlamlığı ilə əlaqədar yarana biləcək təcili hallar zamanı ilkin tibbi yardım üsullarının öyrədilməsi olub.
Təlim TƏBİB Akademiyasının rəhbəri Tural Xaspolad, uzman həkim Turan Tahirli və həkim Fəxriyyə Quliyevanın iştirakı ilə keçirilib. Təlimdə muzey baxıcıları və ekspozisiya şöbəsi, mühafizə və bələdçi xidmətləri daxil olmaqla, ümumilikdə 65 əməkdaş iştirak edib.
Turistlər arasında özündəngetmə (huşsuz vəziyyət), nəfəs yollarına yad cisim düşməsi, günvurma, istivurma, qida zəhərlənməsi və s. kimi təcili tibbi yardım tələb edən vəziyyətlər zamanı göstərilməsi vacib olan ilkin tibbi yardım üsulları həm nəzəri, həm də praktiki olaraq təlim iştirakçılarına izah edilib.
İnteraktiv şəkildə davam edən təlim zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...