“Hökumətlərarası Təqaüd Proqramları” çərçivəsində 14 xarici tələbə BDU-da təhsil alacaq
2024-2025-ci tədris ili üzrə “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycanın ali məktəblərinə qəbul olan 47 nəfər xarici tələbədən 14-ü Bakı Dövlət Universitetində (BDU) təhsil alacaq.
Universitetdən verilən məlumata görə, onlardan 11 nəfəri Çin, 1-i Serbiya, 1-i Tacikistan, 1-i Rumıniya vətəndaşıdır.
Xarici tələbələr BDU-nun beynəlxalq münasibətlər, jurnalistika, sosial iş, regionşünaslıq, filologiya, ekologiya, riyaziyyat və təhsildə sosial-psixoloji xidmət ixtisasları üzrə təhsil almaq imkanı əldə ediblər.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...