“Honda” ABŞ-dən 721 minə yaxın avtomobili geri çağıracaq
“Honda Motor” ABŞ-dən 720,8 min avtomobili yanacaq nasosunda yaranan problemlə əlaqədar geri çağırır.
Fhnews.az xəbər verir ki, bu barədə ABŞ-nin Avtomobil Yollarının Hərəkətinin Təhlükəsizliyi üzrə Milli Administrasiyası (NHTSA) məlumat yayıb.
Qeyd olunub ki, yanğın və qəza riski səbəbindən 2023-cü ilə aid modellər, o cümlədən “Accord”, “Civic” və “CR-V Hybrid” markalı modellər geri çağırılacaq.
NHTSA-nın ehtimalına görə, yanacaq nasosunda çat əmələ gələ bilər ki, bu da yanacağın sızması və yanğın təhlükəsinin yaranması ilə nəticələnə bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...