“Helen” qasırğası ABŞ-da 2 milyona yaxın insanı işıqsız qoyub
“Helen” qasırğası ABŞ-ın bir sıra ştatlarında elektrik enerjisinin kəsilməsinə səbəb olub.
Fhnews.az xəbər verir ki, Floridada 1,3 milyona yaxın, Corciya ştatında 500 mindən çox, Cənubi Karolina ştatında 110 min, Şimali Karolina ştatında isə 30 min insan işıqsız qalıb.
“Helen” qasırğası cümə axşamı günü yerli vaxtla saat 23:10-da (Bakı vaxtı ilə cümə günü saat 7:10) Florida ştatının şimalına çatıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 225 kilometr olub. Leysan yağışları səbəbindən bölgədə daşqınlar baş verib. Təbii fəlakət nəticəsində azı üç nəfərin öldüyü bildirilir.
Hazırda sürəti saatda 145 kilometrədək zəifləyən qasırğanın şənbə günü Tennessi ştatına çatacağı gözlənilir. Florida, Corciya, Şimali Karolina, Cənubi Karolina, Alabama və Virciniya ştatlarında fövqəladə vəziyyət rejimi elan olunub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...