“Helene” qasırğasının iqtisadi zərəri hesablanır
Keçən həftə 4-cü kateqoriya qasırğası ilə ABŞ-nın Florida əyalətinin sahil zolağına çatan “Helene” qasırğasının vurduğu ümumi zərərin və iqtisadi itkilərin 145 milyard dollar ilə 160 milyard dollar arasında olacağı gözlənilir.
Dünya üzrə hava proqnozu xidməti olan “AccuWeather” Helene qasırğasının ümumi zərəri və iqtisadi itki ilə bağlı təxminlərini artırıb. Buna görə “Helene” qasırğasının vurduğu ümumi zərərin və iqtisadi itkilərin 145 milyard dollar ilə 160 milyard dollar arasında olduğu təxmin edilir.
“AccuWeather” əvvəllər Helene qasırğası nəticəsində iqtisadi itkilərin 95-110 milyard dollar arasında olacağını proqnozlaşdırmışdı.Qeyd edilib ki, iqtisadi itki təxminlərindəki artım son 48 saat ərzində alınan zərər hesabatlarını əks etdirir və “Helene” qasırğasını ABŞ tarixinin ən bahalı qasırğalarından birinə çevirir.
ABŞ Milli Qasırğa Mərkəzi elan edib ki, qasırğa Florida ştatının şimal-qərb sahillərini təxminən 225 kilometr sürətlə vurub. Qasırğa tez bir zamanda Corciya, Cənubi Karolina, Şimali Karolina və Tennessi ştatlarına təsir edib.
Qasırğanın ilk vurduğu Floridada 1,2 milyondan çox, Corciyada 1 milyon, Cənubi Karolinada 1,3 milyon və Şimali Karolinada 600 min ev və iş yerində elektrik enerjisi kəsilib.
Prezident Bayden Florida və Şimali Karolinada fəlakət vəziyyəti elan edib və qasırğadan mənfi təsirlənənlərə federal yardım əmri verib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...