“HackMasters”: COMCEC-in 18 ölkəsindən mütəxəssislər kibertəhlükəsizlik sahəsində bacarıqlarını nümayiş etdiriblər
Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya İdarəsi və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ticarət və İqtisadi Əməkdaşlıq Daimi Komitəsinin (COMCEC) birgə təşkil etdiyi “HackMasters” yarışmasında 18 ölkədən kompüter texnologiyaları üzrə mütəxəssislər iştirak ediblər.
Fhnews.az xəbər verir ki, “Rəqəmsal davamlılığın və mühafizə tədbirlərinin, o cümlədən kibertəhlükəsizliyin artırılması” layihəsi çərçivəsində onlayn formatda keçirilən yarışmanın iştirakçıları arasında azərbaycanlı mütəxəssislər də olublar.
Yarışma 12 saat davam edib, rəqabət məlumatlarının təhlilinin yekunlarına əsasən, ən yaxşı üç iştirakçı komandanın siyahısı oktyabrın 1-dək açıqlanacaq.
Qaliblər noyabrın 4-6-da 40-cı COMCEC Nazirlər Toplantısı çərçivəsində mükafatlandırma mərasiminin keçiriləcəyi İstanbula dəvət olunacaq.
COMCEC kibertəhlükəsizlik sahəsində İƏT-ə üzv ölkələrin həmrəyliyinin və əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğulayıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...