22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Google”un yeni süni intellekt vasitəsi "Jarvis" olacaq

28-10-2024
IMG

Texnologiya nəhəngi “Google” gündəlik internet istifadəsini avtomatlaşdıra bilən yeni süni intellekt aləti üzərində işləyir. “Jarvis” adlanan bu layihə istifadəçi əmrlərini yerinə yetirərək veb-brauzer vasitəsilə əməliyyatlar həyata keçirə bilən “agent” kimi hazırlanır.

Jarvis kompüter ekranında davamlı şəkillər çəkərək onları şərh edə və düymələrə basmaq və ya mətn sahələrinə yazmaq kimi hərəkətləri yerinə yetirə bilər.

Layihə yalnız veb-brauzerlərlə, xüsusən də Google Chrome ilə işləmək üçün nəzərdə tutulmuşdur və istifadəçini araşdırma, alış-veriş və aviabilet bron etmək kimi ümumi tapşırıqlarla dəstəkləmək məqsədi daşıyır.

Şirkət dekabr ayında növbəti nəsil “Gemini AI” modelini təqdim etməyi planlaşdırır. “Gemini Live” adlı süni intellektli söhbət botu bu ay bir çox yeni dilləri dəstəkləməyə başlayıb, Meet və Photos kimi “Google” proqramlarına inteqrasiya edilib.

Yeni süni intellekt layihəsi istifadəçilərə onlayn tapşırıqlarını daha sürətli və daha səmərəli yerinə yetirməyə imkan verəcək.

Paylaş: