“Google”un törəmə şirkəti Hindistanda PUA istehsalına başlamağı planlaşdırır
Google texnologiya korporasiyasının törəmə müəssisəsi olan “Wing” şirkəti Hindistan bazarında genişlənmə planları çərçivəsində Tamil Nadu əyalətində pilotsuz uçuş aparatlarının (PUA) istehsalını nəzərdən keçirir.
Fhnews.az “Indian Defense News” portalına istinadla xəbər verir ki, şirkət artıq ştatın səlahiyyətliləri ilə PUA zavodunun işə salınması ilə bağlı danışıqlar aparır. Əgər danışıqlar uğurla nəticələnərsə, Cənubi Asiya ölkəsində istehsal olunan PUA-lar ABŞ və Avstraliyaya ixrac ediləcək.
Portalın məlumatına görə, Hindistan pilotsuz uçuş aparatları bazarında eksponent artım müşahidə olunacaq. Proqnozlara görə, 2030-cu ilə qədər Hindistanda dron bazarının həcmi 13 milyard dollara çatacaq.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...