“Global Witness” Braziliyanın Cerrado savannası ilə bağlı kimi ittiham edir?
Beynəlxalq qeyri-hökumət təşkilatı “Global Witness” dünyanın üç ən böyük ət istehsalçısını Braziliyadakı Cerrado savannasının meşələrini qırmaqda ittiham edib. Təşkilat 2018-2019-cu illər arasında dünyanın 3 ən böyük ət istehsalçısı JBS, Minerva və Marfigin tədarük zəncirlərinin fəaliyyətinə dair araşdırmanın nəticələrini dərc edib.
Buna uyğun olaraq, Braziliyanın Mato Grosso əyalətində yerləşən, biomüxtəliflik baxımından dünyanın ən zəngin savannası olan Cerradoda 3 firmanın tədarük edən təsərrüfatların ağacları kəsərək torpaqlarını 42,8 % artırdığı müəyyən edilib.
Bu şirkətlərin lazımi icazələri almadıqları üçün həyata keçirdikləri fəaliyyətlərin qeyri-qanuni olduğu vurğulanıb və bölgədə Çikaqodan da böyük meşə sahəsinin məhv edildiyi məlum olub.
Meşələrin qırılması hazırda Cerrado üçün ən böyük təhlükədir və bu, əsasən soya və mal-qara üçün kənd təsərrüfatının genişləndirilməsi ilə əlaqədardır.
Lakin sözügedən şirkətlər qanuna və Braziliya səlahiyyətliləri ilə bağlanmış fərdi tədarük zənciri müqavilələrinə uyğun hərəkət etdiklərini bildirərək bu ittihamları qəbul etməyiblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...