“Fransin” ABŞ-da 100 mindən çox sakini işıqsız qoyub
“Fransin” qasırğası ABŞ-ın Luiziana ştatında 110 minə yaxın insanı işıqsız qalıb.
Fhnews.az xəbər verir ki, bu barədə “PowerOutage.us” monitorinq resursunun məlumatlarında göstərilib.
Qeyd olunub ki, hazırda Luiziana ştatında 109,5 min istifadəçinin evində elektrik enerjisi yoxdur. Təbii fəlakətin mümkün qurbanları barədə hələlik məlumat verilməyib.
ABŞ Milli Qasırğa Mərkəzinin verdiyi məlumata görə, “Fransin” qasırğası “Saffir-Simpson” şkalası üzrə 2-ci kateqoriyaya qədər gücləndikdən sonra çərşənbə günü axşam Luiziana ştatının cənubuna istiqamət alıb. Onun hüdudları daxilində küləyin maksimal sürəti 43 m/s-ə çatır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...