“Fatih Sultan Mehmet Sərgisi” ziyarətçilərini gözləyir
İstanbulu fəth etməklə adını tarixə yazan Fatih Sultan Mehmetin həyatından bəhs edən 77 əsərin nümayiş olunduğu “Fatih Sultan Mehmet Sərgisi”ni Türkiyə Prezidenti Milli Kitabxanasında ziyarət etmək olar.
Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü çərçivəsində Prezident Milli Kitabxanasının Səlcuqlu Muzeyi və Sərgi Salonunda İstanbulun fəthinin 571-ci ildönümü ilə bağlı “Fatih Sultan Mehmet Sərgisi” açılıb. Sərgidə Fateh Sultan Mehmetin qılıncından geydiyi zirehli köynəyinə, istifadə etdiyi kaftanlardan vəsiqələrinə qədər 77 əsər sərgilənir.
Əsərlər arasında Fateh Mehmetə aid olduğu düşünülən uşaqlıq dəftəri, içərisində müxtəlif rəsmlər və italyan rəssamı Fausto Zonaronun Fatih Mehmetin İstanbula atla girməsini əks etdirən tablosu var. Zonaronun özünü Fatih Mehmetin sol tərəfində tüfəng tutan bir Osmanlı əsgəri kimi təsvir edən tablosu ziyarətçilərin marağına səbəb olur. Sərgidə Fatih Sultan Mehmet medalyonu,həmçinin qızıl, gümüş və tunc sikkələr, dövrün alimlərinin əlyazmaları, Fatih Sultan Mehmetin hazırladığı Ayasofya Vəqfi Sertifikatı və “Avni” təxəllüsü ilə yazılmış şeirlərdən ibarət “Divan-ı Avni” əsəri də var.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılan sərgi iyulun 29-dək davam edəcək və giriş pulsuzdur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...