“Bürc-Xəlifə”nin memarı göydələnləri qravitasiya batareyalarına çevirəcək
“Bürc-Xəlifə” qülləsinin layihəsini hazırlayan firma göydələnləri enerjini saxlayan batareya kimi istifadə etmək üsullarını araşdırır. Bu konsepsiya ABŞ-ın SOM kompaniyası tərəfindən işlənib hazırlanıb və dünyanın ən hündür binasının layihəçisi də onun məsləhətgüzar tərəfdaşıdır.
Fhnews.az “Bloomberg”ə istinadla xəbər verir ki, qravitasiya batareyaları adlanan bu aparatlar yükü və ya mayeni böyük hündürlüyə qaldıraraq izafi elektrik enerjisi ilə doldurulur, sonra isə lazım gəldikdə həmin enerjini buraxır. Şirkət enerji saxlama xərclərini azaltmaq üçün binaların daxilinə yerləşdirilən batareyalarla yeni göydələnlər tikməyi təklif edir.
Qlobal enerji balansında günəş və külək enerjisinin artan payını nəzərə alsaq, belə anbarlara tələbat arta bilər.
Qeyd edək ki, dünyada qravitasiya enerjisi saxlama sisteminə malik ilk bina 2023-cü ildə Şanxayda peyda olub. Bu obyekt külək stansiyasının yaxınlığında yerləşir və 100 meqavat-saata qədər enerjini saxlaya bilir. “Energy Vault” tərtibatçılarının fikrincə, belə akkumulyatorun səmərəliliyi 80 faizə çata bilər, onun istismar müddəti isə on illərlə ölçüləcək.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...