22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Boeing 737-9 MAX” təyyarəsinin hermetikliyinin pozulmasının səbəbi məlum olub

08-01-2024

ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası yanvarın 6-da “Boeing 737-9 MAX” sərnişin təyyarəsinin təcili enişi ilə bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.

Fhnews.az “Reuters”ə istinadən xəbər verir ki, ABŞ-nin Portlend şəhərində təyyarənin təcili çıxış üçün ehtiyat qapısı tapılıb.

Şura hesab edir ki, təyyarənin hermetikliyinin pozulmasının səbəbi bu qapının qopması olub.

Xatırladaq ki, yanvarın 6-da “Alaska Airlines”a məxsus “Boeing 737-9 MAX” sərnişin təyyarəsi Portlend hava limanında təcili eniş edib. Hadisədən sonra Avropa İttifaqı və ABŞ yoxlamalar üçün belə təyyarələrin istismarını dayandırdıqlarını açıqlayıblar.

Paylaş: