22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Bank kartının məlumatlarını verməyin, risklidir” – DİN çağırış edir

20-07-2024
IMG

Bank kartının məlumatlarının naməlum şəxslərə verilməsi pul vəsaitlərin oğurlanmasına səbəb olur. Hər bir vətəndaş diqqətli olmalıdır, inandırıcı görünən hər bir hal – müraciət, təklif, vəd, qazanc vətəndaşın aldadılmasına yönələn tələlərdir.

Fhnews.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, vətəndaşlar “WhatsApp”, “Telegram”, “Signal”, “Messenger” üzərindən daxil olan zəngləri, mesajları cavablamadan, oxumadan, saxta linklərə daxil olmadan bloklamalıdır.

“Bankdandır, kartınıza müdaxilə var, yoxlayırıq”, “satdığınız əşyanı almaq istəyirəm, beh ödəyim, kartınızı deyin” adı altında bütün zənglər, mesajlar bank kart məlumatlarının əldə olunmasına və vəsaitin oğurlanmasına səbəb olacaq. İyulun 19-da ayrı-ayrı şəxslərin – 16780, 9745, 7550, 3070, 3026, 2807, 1951, 1380, 1320, 1102, 940, 850, 750, 736, 640, 600, 528, 500, 363, 293, 240, 198, 136 manat pulları oğurlanıb. Bütün oğurluq halları yalnız bir üsulla – bank kartının məlumatları aldadılıb alınmaqla törədilir. Danışıqlar kiberüsulla hazırlanan, qeydiyyatı olmayan, xaricdən saxta nömrələr vasitəsilə aparılır.

DİN vətəndaşlara çağırış edir: “Diqqətli olun, şəxsi məlumatlarınızı naməlum şəxslərlə bölüşməyin, təhlükə var, inandırıcı görünən hər bir təklif yalandır”.

Paylaş: