“Babadağ” ziyarətgahından qayıdarkən yolu azan Kürdəmir sakinləri tapılaraq ailələrinə təhvil veriliblər
Şahdağ Milli Parkı ilə həmsərhəd olan “Babadağ” ziyarətgahından qayıdarkən yolu azan Kürdəmir rayonu Şilyan kənd sakini Cəsarət Məmmədov və Karrar kənd sakini Mirələm Mehdiyev tapılaraq ailələrinə təhvil verilib.
Fhnews.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev bildirib. O qeyd edib ki, iyulun 28-də ziyarətgahdan qayıdan iki vətəndaşın yağışlı və dumanlı hava şəraitində yolu itirərək azması ilə bağlı Şahdağ Milli Parkına məlumat daxil olan kimi dərhal operativ qruplar yaradılaraq bir neçə istiqamətdə axtarış işlərinə başlanılıb.
“Şahdağ Milli Parkının əməkdaşlarının səyi sayəsində iyulun 29-da səhər saat 8 radələrində itkin düşən vətəndaşlar Quba rayonunun Qarxun kəndi yaxınlığındakı yaylaq ərazisindən tapılaraq sağ-salamat ailələrinə təhvil verilib”, - deyə F.Əliyev qeyd edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...