“Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası çapdan çıxıb
AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə institutun aparıcı elmi işçisi dosent Aynur İbrahimovanın “Azərbaycanda “Koroğlu” araşdırmaları: dünən və bu gün” monoqrafiyası nəşr olunub.
Fhnews.az xəbər verir ki, İnstitutdan verilən məlumata görə, monoqrafiyada Azərbaycan koroğluşünaslığının tarixi, təşəkkülü və inkişaf istiqamətləri müəyyənləşdirilib. Azərbaycan koroğluşünaslarının əsərlərinin vahid, bir-biri ilə əlaqəli, bir-birinin davamı kimi diqqətə alınması, “Koroğlu” eposunun tədqiq aspektləri, nəzəriyyə və elmi metodların dəyərləndirilməsi, Azərbaycan koroğluşünaslığının tarixi şərait və elmin inkişaf səviyyəsi ilə şərtlənən konkret mərhələlərinin müəyyən edilməsi, alim və tədqiqatçıların bu sahənin inkişafındakı xidmətləri və s. məsələlərin öyrənilməsi monoqrafiyanın əsas tədqiq istiqamətlərini təşkil edir.
Kitabın elmi redaktoru akademik Muxtar Kazımoğlu-İmanov, rəyçisi isə akademik Nizami Cəfərovdur.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...