“Azərbaycan Dizayn Sammiti 2024” keçirilib
İyunun 30-da EGP arenada dizaynerlərin möhtəşəm görüşü - “Azərbaycan Dizayn Sammiti 2024” keçirilib.
Fhnews.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən sammit qlobal miqyasda innovasiyaları və mədəni mübadilələri təşviq etmək öhdəliyi daşıyır.
Beynəlxalq səviyyədə tanınan sammit 50 ölkədən sahə üzrə mütəxəssislərin diqqətini cəlb edib. 14 fərqli kateqoriya üzrə (brendinq, interyer dizayn, eksteryer, loqo dizaynı və s.) 230-dan çox layihəni özündə əks etdirən rəqabətli müsabiqənin qalibləri tədbir zamanı öz işlərini nümayiş etdirə biləcəklər. Qaliblər sayt üzərindən həyata keçiriləcək səsvermə ilə müəyyənləşəcək. Münsiflər heyəti həm Azərbaycan, həm də xaricdən seçilən tanınmış dizaynerlərdən ibarətdir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...