22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Avrasiyada Biomüxtəliflik - SEAB 2024” adlı VII beynəlxalq simpozium keçiriləcək

23-07-2024
IMG

Avqustun 22-24-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Dendrologiya İnstitutu, Odlar Yurdu Universiteti, Ərzurum Texniki Universiteti, Atatürk Universiteti, Muğla Sıtkı Koçman Universiteti, Al-Farabi Qazax Milli Universiteti, Bitki Biologiyası və Bioteхnologiyası İnstitutu (Qazaxıstan), Hüceyrə Biologiyası və Genetik Mühəndisliyi İnstitutu, Ukrayna Milli Elmlər Akademiyası, Kiyev Taras Şevçenko Milli Universiteti, Gürcüstan Kənd Təsərrüfatı Elmləri Akademiyası, Rusiya Dövlət Aqrar Universiteti, Belarus Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Türkiyənin Ərzurum şəhərində “Avrasiyada biomüxtəliflik - SEAB 2024” VII beynəlxalq simpoziumu keçiriləcək.

Fhnews.az xəbər verir ki, Dendrologiya İnstitutundan verilən məlumata görə, “SEAB 2024” Avrasiya üzrə tədqiqatçıları bir araya gətirərək ən son elmi tapıntıları paylaşmaq, multidisiplinar əməkdaşlıqlar qurmaq və qlobal ətraf mühit problemlərinə yenilikçi həllər axtarmaq məqsədini daşıyır.

“SEAB 2024” simpoziumuna “TÜBİTAK 2023” dəstək göstərir, bu da məqalə qəbulunun ödənişsiz olmasını təmin edir.

Simpoziumun rəsmi dili ingilis dili olsa da, təqdimatlar həmçinin türk, Azərbaycan və rus dillərində edilə bilər.

Paylaş: