“Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq-mühafizə tədbirləri” layihəsi davam edir
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Baş Prokurorluq, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və Bakı Dövlət Universitetinin (BDU) birgə həyata keçirdiyi ECOLEAD (Ətraf mühitin gücləndirilməsi: maarifləndirmə və hüquq-mühafizə tədbirləri) layihəsi davam edir.
Universitetdən verilən məlumata görə, layihə çərçivəsində cəmiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək məqsədilə müxtəlif küçə və prospektlərdə, parklarda maarifləndirici posterlər quraşdırılıb.
Ötən ay adıçəkilən qurumların rəsmiləri və əməkdaşlarının, eləcə də BDU tələbələrinin iştirakı ilə Yasamal rayonunda ağacəkmə aksiyası keçirilib.
ECOLEAD layihəsi ölkə ərazisində ekoloji cinayətlər nəticəsində zədələnmiş yaşıllıqların bərpası məqsədi daşıyır. Layihənin əsası Baş Prokurorluq, ETSN və BDU arasında Xankəndi şəhərində imzalanmış anlaşma memorandumu ilə qoyulub, daha sonra Naxçıvan Dövlət Universiteti həmin memoranduma qoşulub.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...