“ASAN” xidmət və “ASAN Kommunal” mərkəzlərində martın 24-dək qeyri-iş günüdür
Novruz bayramı ilə əlaqədar olaraq martın 24-dək “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində qeyri-iş günüdür.
Fhnews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, martın 25-dən etibarən vətəndaşlar mərkəzlərə üz tutaraq xidmətlərdən yararlana bilərlər.
Qeyd edək k, ölkə ərazisində 27 “ASAN xidmət” mərkəzi mövcuddur. Hazırda 3 saylı Bakı “ASAN xidmət” mərkəzi təmir-bərpa işləri ilə əlaqədar müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...