22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Artan yanğınlarla mübarizə üçün lazım olan bütün addımları atmışıq”.

26-08-2024
IMG

Bunu avqustun 25-də Nazirlər Kabinetinin iclasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Türkiyənin qlobal istiləşmə və iqlim dəyişikliyindən ən çox təsirlənən ölkələrdən biri olduğunu bildirən Ərdoğan deyib ki, bunun yandırıcı təsiri meşələrdə müşahidə olunur.

 “Kiçik bir qığılcımla başlayan yanğınlar zümrüd yaşıl meşələrimizin alov qırmızıya çevrilməsinə səbəb olur. Rəqəmlər üzləşdiyimiz təhlükənin ağırlığını ortaya qoyur. Ötən illə müqayisədə meşə yanğınları 53 faiz artaraq 5540-a çatıb. Artan yanğınlarla mübarizə üçün bütün lazımi addımları atdıq. Hazırda 27 təyyarə, 105 vertalyot və 5 mindən çox quru texnika ilə tariximizin ən güclü yaşıl vətən ordusuna sahibik. Meşə yanğınlarını aşkar etmək üçün vətənin müdafiəsində əfsanəvi olan İHA-larımızdan istifadə etməyə başladıq. Həftənin 7 günü 776 qülləmiz  vasitəsilə 2076 meşə yanğını aşkar etdik.”

Ərdoğan Türkiyənin dünyada meşə yanğınları ilə mübarizədə PUA-lardan istifadə edən iki ölkədən biri olduğuna diqqət çəkib və bu məlumatları paylaşıb:

"Bu tutumla yanğına ilk reaksiya müddətini 40 dəqiqədən 11 dəqiqəyə endirdik. Bundan əlavə, Yaşıl Vətən ordumuzu 25 min meşə zabiti və 130 minə yaxın könüllü ilə gücləndirdik. Təyyarəmizin su atma qabiliyyəti isə yüksəkdir. 2002-ci ildə təyyarələrimizin su atma gücü  73 ton, bu gün isə 4 dəfədən çox artaraq  426 ton olub. “

Ötən həftə ölkə daxilində baş verən meşə yanğınları ilə mübarizə aparıldığını vurğulayan Ərdoğan bildirib ki,aşağı rütubət, yüksək temperatur və küləyin sürəti səbəbindən avqustun 15-dən 19-dək 306 meşə yanğını baş verib. Bu yanğınlara həm havadan, həm də qurudan effektiv müdaxilə edilib. 

Ərdoğan meşə yanğınlarının söndürülməsində Azərbaycanın qardaşlıq dəstəyini xüsusilə qeyd edib və bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin  Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Türkiyəyə göndərilib. Təyyarə hazırda Uşak-Eşme istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Paylaş: