22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

“Ağıllı” mühit və yaşıl texnologiyalar - beynəlxalq konfrans

12-04-2024

Odlar Yurdu Universitetində “Ağıllı mühit və yaşıl texnologiyalar” mövzusunda beynəlxalq konfrans keçirilir.

Fhnews.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutundan verilən məlumata görə, konfransın elm komitəsində 20 ölkədən 40-dan çox yerli və xarici alim yer alır. Konfransın proqram komitəsində iştirak edən alimlərin “H” indeksləri 50-150 arasındadır. Konfrans məqalələrinin yüksək reytinqə malik məlumat bazalarında (“Scopus” və WoS) indekslənməsi üçün beynəlxalq “Springer” nəşriyyatı ilə razılıq əldə edilib.

Tədbirdə mühüm qlobal çağırışların həllinə dair kollektiv öhdəliklərin vurğulanması nəzərdə tutulub. Bu konfrans “ağıllı” ekoloji həllər və qabaqcıl yaşıl texnologiyalar arasında sinerji kəşf etmək üçün unikal platformadır.

Beynəlxalq konfrans zamanı aparılan müzakirələr və yaranan ideyalar iqlim dəyişikliyi, resursların tükənməsi və çirklənmə kimi aktual qlobal problemləri həll etmək potensialı baxımından böyük əhəmiyyət kəsb edir. Konfransda paylaşılan bilik və fikirlər daha yaşıl və daha “ağıllı” texnologiyalara əsaslanan gələcəyin formalaşmasında əsas rol oynayacaq.

Konfrans Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Şimali Kipr Türk Respublikası, Yaxın Doğu Universiteti, Milli Aerokosmik Agentliyi, Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutu, İnformasiya Texnologiyaları İnstitutu, Kanadanın Alberta Universiteti, Polşa Elmlər Akademiyası Sistemlər Tədqiqatı İnstitutu, Dendrologiya İnstitutu və AMEA-nın dəstəyilə təşkil olunub.

Paylaş: