Lava evlərə çatıb
İslandiyanın Reykjanes yarımadasında vulkanın püskürməsinin ardından qəsəbəyə çatan lava havadan görüntülənib. Təxliyə edilən qəsəbədə əsas yol lava axını səbəbilə bağlanıb, bir ev lava axını ilə alovlanıb. 2021-ci ildən bəri Reykjanes yarımadasında baş verən beşinci partlayışdan sonra ölkədə xəbərdarlıq səviyyəsi insanlara, icmalara, əmlaka və ya ətraf mühitə ziyan vurma təhlükəsinin ola biləcəyini göstərən “fövqəladə vəziyyət” səviyyəsinə qaldırılıb.
Qeyd edək ki, dünyanın iki ən böyük tektonik plitəsi olan Avrasiya və Şimali Amerika tektonik plitələr arasında yerləşən İslandiyada 32 aktiv vulkan var.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...