22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Latviyada fırtına səbəbindən 30 minə yaxın evin elektrik enerjisi kəsilib

29-07-2024
IMG

Latviyada fırtına nəticəsində 30 minə yaxın evin elektrik enerjisi kəsilib.

Fhnews.az LETA agentliyinə istinadla xəbər verir ki, ölkənin mərkəzi hissəsində, o cümlədən paytaxt Riqada ağaclar elektrik dirəklərinin üzərinə düşüb. Nəticədə elektrik şəbəkələri zədələnərək sıradan çıxıb.

Riqa Şəhər Şurası sakinləri bazar ertəsi evlərini tərk etməməyə çağırıb.

Latviyada gözlənilən həddindən artıq güclü yağış və külək səbəbindən Latviyanın Ətraf Mühit, Geologiya və Meteorologiya Mərkəzi bazar və bazar ertəsi ölkənin mərkəzi hissəsi üçün ən yüksək xəbərdarlıq dərəcəsi olan iki qırmızı xəbərdarlıq elan edib.

Paylaş: