Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsdən
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
İcazə verin, Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə ən səmimi təbriklərimi, həmçinin ölkənizə və xalqınıza sülh və firavanlıq arzularımı çatdırım.
Şadam ki, Latviya ilə Azərbaycan arasında yaxşı və konstruktiv münasibətlər mövcuddur, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə uğurlu əməkdaşlıq inkişaf etmişdir. Mən Avropa İttifaqı-Azərbaycan tərəfdaşlığının əhəmiyyətini, müsbət gündəm və Avropa İttifaqı-Azərbaycan dialoqunun iqtisadi əməkdaşlıq, regional sabitlik baxımından gətirə biləcəyi faydalarla bağlı birgə fəaliyyətin davam etdirilməsinin önəmini vurğulayıram. Bu baxımdan mən Sizin Cənubi Qafqazda davamlı sülhə nail olmaq istiqamətində səylərinizi alqışlayıram.
Bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) dəvətinizi qəbul etməkdən böyük məmnunluq duyuram. COP29 zamanı Sizinlə görüşmək imkanı olsa minnətdar olardım. Əminəm ki, COP29 uğurlu olacaq və iqlimlə bağlı fəaliyyətlərə təkan verəcək.
Bu il biz Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edirik və mən qəti şəkildə inanıram ki, bu yubiley əlaqələrimizin müsbət dinamikasını daha da möhkəmləndirəcək. Bu baxımdan mən bu il Sizinlə Latviyada görüşməyimizi səbirsizliklə gözləyirəm.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm. Sizə möhkəm cansağlığı, güc-qüvvət və məsul vəzifənizdə uğurlar arzulayıram.
Hörmətlə,
Edqars Rinkeviçs
Latviya Respublikasının Prezidenti
Omanın Sultanı Əlahəzrət Heytəm bin...
İşa Xeyriyyə Fondunun təsisçisi...
Fələstin Dövlətinin Prezidenti...
Kambocanın Kralı Əlahəzrət Norodom...
Özbəkistan Respublikasının Prezidenti...