Lənkəranda su hövzələrində təhlükəsizliyin təmin edilməsi məsələləri müzakirə olunub
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti “Çimərliklərdə təhlükəsizlik qaydaları” mövzusunda Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Sütəmurdov kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müşavirə keçirib.
Tədbirdə yerli icra hakimiyyəti, bələdiyyə, habelə sahilboyu iaşə obyektlərinin nümayəndələri iştirak ediblər.
Müşavirədə çimərliklərin təhlükəsizlik vəziyyəti, eləcə də əhalinin təhlükəsiz istirahətinin təmin edilməsi üçün görülən işlər və qarşıda duran məsələlər müzakirə olunub.
Tədbirdə rayon ərazisindəki çimərliklərdə keçirilmiş monitorinqin nəticələri və mövcud vəziyyət barədə tədbir iştirakçıları məlumatlandırılıb, cari problemlər təhlil olunub.
Bundan əlavə, tədbirdən sonra çimərlik ərazilərində istirahət edən vətəndaşlarla maarifləndirici xarakterli söhbətlər edilib, çimərliklərdə təhlükəsizlik qaydaları ilə bağlı təbliğat materialları paylanılıb.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...