22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Lənkərançayda suyun səviyyəsində artım qeydə alınıb

22-10-2024
IMG

Azərbaycanda yağıntılı hava şəraiti müşahidə olunsa da, respublika ərazisindən axan əksər çayların sululuğunda artım qeydə alınmayıb.

Fhnews.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib.

Qeyd edilib ki, lakin Lənkəran-Astara bölgəsinə yağan leysan xarakterli intensiv yağıntılarla əlaqədar Lənkəran rayonu ərazisindən axan Lənkərançayda suyun səviyyəsində 7 sm artım müşahidə olunur.

Paylaş: