La-Manş boğazını keçmək istəyən 4 miqrant həlak olub
Fransanın şimal sahillərində La-Manş boğazını keçərək Britaniyaya getməyə cəhd edən dörd miqrant həlak olub.
Fhnews.az Fransa Sahil Mühafizəsinə istinadla xəbər verir ki, 4 miqrant Fransanın şimalındakı Bulon-sur-Mer sahillərində qayığın çevrilməsi nəticəsində həlak olub. Polis bildirib ki, huşsuz vəziyyətdə tapılan 4 nəfəri xilas etmək mümkün olmayıb. Digər 14 nəfər balıqçı gəmisi, 49 nəfər isə Fransa donanmasının gəmisi tərəfindən xilas edilib.
Böyük Britaniyanın daxili işlər naziri İvett Kuper baş verənləri “dəhşətli hadisə” adlandırıb.
Bu ilin ötən dövründə 13 mindən çox insan La-Manş vasitəsilə Böyük Britaniyaya çatıb. Təkcə iyunun 18-də 882 nəfər 15 kiçik qayıqla La-Manşı keçib, bu isə bu il üçün yeni rekord göstəricidir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...