La-Manş boğazında 80-ə yaxın miqrant xilas edilib
La-Manş boğazını keçməyə çalışan 80-ə yaxın miqrant xilas edilib.
Fhnews.az “The Guardian” saytına istinadla xəbər verir ki, cümə axşamı səhər Kent sahillərində baş verən insident zamanı Britaniya sahil mühafizəsi və xilasedici qayıq ekipajları Sərhəd Qüvvələrinə köməyə çağırılıb və miqrantlar sudan çıxarılıb.
Sahil mühafizəsi xidməti hadisə yerinə iki helikopter ə xilasedici qayıqlar göndərdiyini təsdiqləyib.
Daxili İşlər Nazirliyinin rəqəmlərinə görə, ilin ilk dörd ayında Britaniyaya 7500-dən çox miqrant gəlib ki, bu da ən yüksək göstərici hesab olunur.
Qeyd edək ki, iyulun 4-də ölkədə keçiriləcək ümumi seçkilərdə miqrasiya ən mübahisəli məsələlərdən biridir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...