22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Küveytdəki yanğında ölənlərin əksəriyyəti Hindistan vətəndaşlarıdır

13-06-2024
IMG

Küveytin cənubundakı Əl-Münkif bölgəsində baş verən yanğında ölənlərin əksəriyyəti Hindistan vətəndaşları olub.

Fhnews.az xəbər verir ki, bu barədə jurnalistlərə hökumətin tapşırığı ilə Küveytə yollanan Hindistanın xarici işlər naziri Kirti Vardxan Sinqh deyib.

“Son məlumata görə, yanğın nəticəsində həlak olan 48-49 nəfərdən 42 və ya 43-nün hindistanlı olduğu güman edilir”, - deyə nazir ANI agentliyinə bildirib. Onun sözlərinə görə, cəsədlər tanınmaz hala düşdüyü üçün onların şəxsiyyətlərinin müəyyən edilməsi proseduru mürəkkəbdir və DNT testlərindən istifadə etməklə həyata keçirilir.

Kirti Vardxan Sinqh cəsədləri ölkəyə aparmaq üçün Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin hazır vəziyyətdə gətirildiyini bildirib.

Qeyd edək ki, iyunun 12-də səhər saatlarında Küveytin Əl-Münkif bölgəsində fəhlələrin yaşadığı coxmərtəbəli binada yanğın başlayıb. Polis orqanlarının məlumatına görə, ölənlərin əksəriyyəti dəm qazından zəhərlənib. Yanğın zamanı xəsarət alanlar arasında çox sayda hindistanlı var və onlar yerli xəstəxanalarda müalicə alır. Küveytdə ümumilikdə 1 milyona yaxın hindistanlı yaşayır.

Paylaş: