22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Küləyin sürəti zəifləyib, bəzi bölgələrə qar yağır

04-04-2024

Milli Hidrometeorologiya Xidmətinin aprelin 4-ü saat 15:00-a olan məlumatına əsasən ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi tədricən zəifləyib.

Fhnews.az xəbər verir ki, Xidmətinin Proqnozlar Bürosundan verilən məlumata görə, hazırda küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 21, Neftçalada 23, Şahdağda 20, Naftalanda 18, Ağdamda 16 metrdir. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 3,4 metrə çatıb.

Bəzi bölgələrdə yağıntılı hava şəraiti müşahidə olunur. Xaltan, Şabran, Altıağac, Xaçmaz, Qubada yağış, Qusar (Laza), Qrız, Xınalıqda qar yağır.

Paylaş: