Küləkli havalarda mövsümi virus infeksiyalarının yayılma tezliyi artır
Son günlər mövsümlə əlaqədar olaraq əhali arasında narahatlıq doğuran xəstəliklərdən biri də virus infeksiyalarıdır. Həmin xəstəliklərə əsasən böyüklər və uşaqlar arasında rast gəlinir. Mütəxəssislər virus infeksiyalarının artmasını mövsüm dəyişikliyi ilə əlaqələndirirlər. Xüsusilə küləkli havalarda virusun yayılma tezliyi daha da artır.
Fhnews.az xəbər verir ki, həkim-terapevt Xumar Novruzova deyib: “Burun axması, boğaz ağrısı, öskürək kimi əlamətlər adətən 5-7 günə keçib gedir. Lakin immun sistemi zəifliyi, normal qidalanma olmayanda və yaxud toplum içində olanlarda, xəstəlik müddətində ev rejimini gözləməyərək işə gedib-gələnlərdə virus xəstəlikləri ağırlaşmalarla müşayiət edilir. Orqanizm zəifləyərkən virus infeksiyalarının bakterial infeksiyalara keçmək təhlükəsi çoxdur”.
Həkimlər həmin virusun həftələrlə davam etdiyini bildirirlər. Virusa yoluxanlar ilk 36 saat ərzində antivirus preparatından istifadə etməlidirlər. Xəstəliyin tezliklə aradan qaldırılması üçün çoxlu maye və vitaminlər qəbul olunmalıdır.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...