Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Milli Hidrometeorologiya Xidməti noyabrın 5-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib.
Qurumdan verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası, Ağcabədi, Astara, Ağsu, Beyləqan, Biləsuvar, Qəbələ, Cəlilabad, Cəbrayıl, İmişli, İsmayıllı, Qazax, Göygöl, Ağdərə, Xankəndi, Laçın, Şuşa, Qubadlı, Zəngilan, Gədəbəy, Kəlbəcər, Kürdəmir, Lənkəran, Lerik, Şirvan, Sabirabad, Saatlı, Salyan, Siyəzən, Füzuli, Xocavənd, Xızı, Quba, Qusar, Şabran, Şamaxı, Masallı və Yardımlıda sarı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 metr/saniyə təşkil edəcək.
Bakıda və Abşeron yarımadasında, Ağdam, Ağdaş, Zaqatala, Qax, Oğuz, Balakən, Şəki, Göyçay, Goranboy, Qobustan, Tərtər, Bərdə, Yevlax, Mingəçevir, Naftalan, Ucar, Zərdab, Xaçmaz, Şəmkir, Samux, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Neftçala, Hacıqabulda isə narıncı xəbərdarlığa uyğun olaraq fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 metr/saniyə olacağı gözlənilir.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...