22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kutaisidən Barselonaya uçan təyyarədə bomba həyəcanı yaşanıb

14-02-2024

Fevralın 14-də Kutaisidən Barselonaya uçan sərnişin təyyarəsində bomba həyəcanı yaşanıb. Təyyarə saat 12:45-də Kutaisidən havaya qalxıb və çox keçmədən aeroport rəhbərliyinə hava gəmisinin göyərtəsində bomba olması barədə məlumat daxil olub.

Fhnews.az xəbər verir ki, təyyarə dərhal geri qaytarılıb və Kutaisi aeroportuna təcili eniş edib. Sərnişinlər təcili təxliyə olunub.

Saat 17:30 radələrində verilən məlumata görə, təyyarədə partlayıcı qurğunun olması barədə məlumat təsdiqlənməyib. Lakin araşdırmalar davam edir.

Gürcüstan Hava Limanları Assosiasiyasının rəhbəri İrakli Karkaşadze jurnalistlərə bildirib ki, hazırda insidentlə bağlı istintaq hərəkətləri aparılır.

Barselonaya uçuş bu gün saat 19:00-da baş tutacaq. Sərnişinlər artıq gözləmə zalındadır. Gecikmiş bütün uçuşlar mərhələli şəkildə həyata keçiriləcək.

Kutaisi Beynəlxalq hava limanı normal fəaliyyətini tam bərpa edib.

Paylaş: