22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kubada oropuş vuruşuna qarşı tədbirlər görülür

31-08-2024
IMG

Kubanın səhiyyə orqanları oropuş virusunun yayılması ilə mübarizə məqsədilə cümə günü, avqustun 30-da paytaxt Havanada dezinfeksiya işlərinə başlayıb. Lakin yay mövsümünün yağışlı keçməsi, yanacaq qıtlığı və yollarda artan zibil qalaqları bu səyləri çətinləşdirir.

Fhnews.az xəbər verir ki, səhiyyə orqanlarının məlumatına görə, xəstəliyin Kubanın şərqində ilk dəfə aşkar edildiyi may ayından indiyədək virusa 500-dən çox yoluxma halı qeydə alınıb.

“Reuters” xəbər verir ki, ağcaqanadlar vasitəsilə ilə ötürülən virus ölkənin bütün əyalətlərində və böyük şəhərlərində, o cümlədən paytaxt Havanada sürətlə yayılır. Xəstəlik nadir hallarda ölümcül olsa da, xəstələr qızdırma, bədən ağrıları və ürəkbulanmadan şikayət edirlər.

Bu həftə Birləşmiş Ştatların səhiyyə orqanları yayda Kubaya səfər edən 21 ABŞ vətəndaşının oropuş xəstəliyi diaqnozu ilə evlərinə qayıtdığını bildirib.

Eyni zamanda, Braziliya da daxil olmaqla, virusun yayıldığı ölkələrlə müqayisədə Kubada yoluxma hallarının nisbətən az olduğu və xəstəlikdən ölümlərin qeydə alınmadığı bildirilir.

Lakin səlahiyyətlilər iqtisadi böhran və yanacaq, qida və dərman çatışmazlığının oropuş xəstəliyi və denge qızdırması kimi ağcaqanadlarla yoluxan xəstəliklərin yayılmasına nəzarət etmək səylərinə mane olduğunu vurğulayıblar.

Hazırda oropuş qızdırmasına qarşı heç bir xüsusi müalicə və ya peyvənd yoxdur.

Paylaş: