22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kosovoda Serb valyutası olan dinardan istifadə qadağan edilir

29-01-2024

Kosovoda serblərin çoxluq təşkil etdiyi bələdiyyələrdə dinardan istifadə fevralın 1- dən qadağan ediləcək. Qəbul edilən qərara uyğun olaraq Kosovo Mərkəzi Bankı fevralın 1-dən etibarən serblərin yaşadığı bələdiyyələrdə dinardan istifadənin qadağan ediləcəyini və yalnız avrodan istifadə olunacağını açıqlayıb. 

Kosovoda qərardan əvvəl serblərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrində ödənişlər üçün Serb dinarlarından istifadə edilirdi və ölkədəki Serb qurumlarında çalışanların maaşları, pensiyaları, sosial müavinətləri və uşaq müavinətləri dinarla ödənilirdi.

Paylaş: