Kosovoda Osmanlı dövrünə aid tarixi hamam satışa çıxarılıb
Kosovonun şimalındakı Mitrovitsa şəhərində Osmanlı dövrünə aid tarixi hamam sahibləri tərəfindən satışa çıxarılıb.
18-ci əsrdə Sylejman Paşa Berişa və Zejnullah Bej Berişa tərəfindən inşa edilən hamam 1959-cu ilə qədər ilkin təyinatına görə Mitrovitsa sakinlərinə, 2009-cu ilə qədər isə şəhər muzeyi kimi xidmət etmişdir.
Osmanlı dövründən qalan hamam 2009-cu ildə varislərinə qaytarılıb.
Qəzalı vəziyyətdə olan və qismən də restoran kimi fəaliyyət göstərən hamam, sahibləri tərəfindən yanındakı torpaq sahəsi ilə birlikdə satışa çıxarılıb.Satış elanında tarixi bina üçün ən az 1 milyon 600 min avro tələb olunur.
Kosovo qanunvericiliyinə görə, qorunan mədəni irs yalnız ölkə sərhədləri daxilində və mülkiyyət məsələlərini tənzimləyən mövcud qanunvericiliyə uyğun olaraq satıla bilər.
Kosovo Mədəniyyət, Gənclər və İdman Nazirliyi tarixi əsərlərin bazar qiymətinə alınmasının tərəfdarıdır. Nazirlikdən hamamın satışı ilə bağlı hələlik açıqlama verilməyib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...