Kosovo Bosniya və Herseqovina vətəndaşları üçün vizaları birtərəfli qaydada ləğv etmək qərarına gəlib
Kosovo Baş naziri Albin Kurti 2025-ci il yanvarın 1-dən etibarən Bosniya və Herseqovina vətəndaşları üçün viza rejimini birtərəfli qaydada ləğv edəcəklərini açıqlayıb.
Kurti Almaniyanın paytaxtı Berlində Avropa və Qərbi Balkan ölkələrinin liderlərinin bir araya gəldiyi “Berlin prosesi” sammiti çərçivəsində mövzu ilə bağlı açıqlama verib.Təxminən 10 ildə Berlin Prosesi çərçivəsində əhəmiyyətli irəliləyişlərin əldə edildiyinə diqqət çəkən Kurti daha çox hərəkətə ehtiyac olduğunu bildirib.
Beləliklə, gələn il yanvarın 1-dən etibarən Kosovo Respublikası şəxsiyyət vəsiqəsi ilə Bosniya və Herseqovina vətəndaşlarının sərbəst gediş-gəlişinə təktərəfli icazə verəcək.
Bosniya və Herseqovina müstəqilliyini tanımadığı Kosovo vətəndaşları üçün sərt viza rejiminə malikdir. Kosovo da 2014-cü ildən Bosniya və Herseqovina vətəndaşlarına qarşılıqlılıq prinsipi əsasında viza tətbiq edir.
Qərbi Balkan ölkələri vətəndaşlarının şəxsiyyət vəsiqələri ilə qarşılıqlı səyahət etməsinə imkan yaradacaq müqavilə Berlin Prosesi çərçivəsində 2022-ci ildə imzalanıb. Bosniya və Herseqovina sazişi qüvvəyə mindirə bilməyib, çünki ölkənin iki subyektindən biri olan Serb Respublikası Kosovo ilə sazişin hissəsinə qarşı çıxıb.
Almaniyanın keçmiş kansleri Angela Merkel tərəfindən 2014-cü ildə başlanmış Berlin prosesi Qərbi Balkan ölkələri arasında əməkdaşlığı gücləndirmək və dərinləşdirmək, həmçinin bu ölkələrin Aİ-yə inteqrasiyasını sürətləndirmək məqsədi daşıyır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...