Kosmosdan plastik tullantıların həlli
Alimlər kosmosdan çimərliklərdəki plastik tullantıları aşkar edə bilən üsul hazırlayıblar. Yeni indeks sayəsində sahil ekosistemləri üçün təhlükə yaradan plastik çirklənmə daha asan izlənilə bilər. Alimlər tərəfindən hazırlanan yeni texnologiya ilə sahil ekosistemləri üçün təhlükə yaradan plastik çirklənmə daha asan izlənilə bilər.
Sahillərdə plastik tullantıların mikroplastik parçalara ayrılaraq qida zəncirinə daxil olması bu çirklənmənin insan sağlamlığına təsirini artırır.
Avstraliyanın RMIT Universitetinin tədqiqatçıları kosmosdan çimərliklərdə plastik tullantıları aşkar etmək üçün BPDI (Beached Plastic Debris Index) adlı yeni indeks hazırlayıblar. Bu indeks peyklərdən çəkilmiş sahil şəkillərində plastikləri digər təbii elementlərdən ayıra bilən filtr rolunu oynayır.
Onlar bu yeni indeksi bir ərazidə təkrar emal müəssisəsindən müxtəlif növ plastikləri yerləşdirərək peyk şəkillərinə tətbiq ediblər. BPDI çimərlikdə plastikləri fərqləndirməkdə digər mövcud göstəriciləri üstələyib. Araşdırmanın müəllifi Mariela Soto-Berelov deyir ki, bu üsulla böyük ərazilərdə sahillərin plastik çirklənməsini müntəzəm olaraq izləyə biləcəyik. Biz bu sahədə böyük bir boşluğu doldururuq.
Tədqiqatçılar BPDI-nin xüsusilə şəffaf plastikləri aşkar etməkdə çətinlik çəkdiyini bildirsələr də, bu metodu real çimərliklərdə tətbiq etmək üçün inkişaf işlərinin davam etdiyini də açıqlayıblar.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...