22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Kosmik texnologiyalar iqlim dəyişikliyinin konkret təsirləri haqqında məlumat verir

03-10-2024
IMG

Kosmik agentliklər texnalogiyaları inkişaf etdirərək elm adamlarına iqlim dəyişikliyinin konkret təsirləri haqqında kritik əhəmiyyətli məlumatlar təqdim edirlər.

Birləşmiş Millətlər Təşkilatının  qərarı ilə hər il oktyabrın 4-10-da qeyd olunan "Dünya Kosmos Həftəsi"nin builki mövzusu Sovet İttifaqının "Sputnik" adlı ilk süni peykinin oktyabrda orbitə çıxarılmasının xatirəsinə həsr olunub. 

Bu mövzu çərçivəsində dünyada ətraf mühitə təsirlərin dəyişməsinin monitorinqində və iqlim dəyişikliyinin təsirlərinin azaldılmasında ölkələr tərəfindən kosmosa göndərilən peyklərin rolu və kosmik texnologiyaların inkişafı haqqında beynəlxalq ictimaiyyət arasında məlumatlılığın artırılması məqsədi daşıyır. 

Kosmik texnologiyalar iqlim dəyişikliyini müşahidə etməkdə effektivdir.Kosmosa göndərilən müşahidə peykləri ilə hazırlanmış yeni texnologiyalar elm adamlarına iqlim dəyişikliyinin dünyaya konkret təsirlərini araşdıra bilmələri üçün vacib məlumatlar verir.

Bu məlumatlar sayəsində alimlər istixana qazları emissiyaları, meşələrin qırılması, buzlaqların əriməsi, karbon qazı və su səviyyəsinin yüksəlməsi kimi iqlim dəyişikliyinin təsirləri ilə bağlı müşahidələr apara və gələcək proqnozlar verə bilərlər.

ABŞ Aeronavtika və Kosmik Agentliyinin  rəsmi saytında yer alan məlumata görə, Agentliyin hazırladığı kosmik texnologiyalar alimlərə iqlim dəyişikliyinin konkret nümunələrini müşahidə etməkdə və böhranla mübarizədə kömək edir.

NASA-nın Marsda metan qazının axtarışı üçün hazırladığı spektrometr atmosferə zərərli təbii qaz sızmalarını oxşar texnologiyalardan daha dəqiq təhlil edə bilər ki, bu da istehsalçılara sızmaları erkən aşkar etməyə və onları daha asan dayandırmağa imkan verir.

İqlim dəyişikliyinin mühüm səbəblərindən biri meşələrin qırılmasıdır. Peyklərin təqdim etdiyi görüntülər sayəsində mütəxəssislər meşə yanğınlarını erkən aşkarlaya və daha effektiv mübarizə apara bilərlər.

Uzun illərdir ki, dövlətlərin təşəbbüsü ilə kosmik tədqiqatlar davam edərkən, son illərdə özəl kosmik şirkətlər də texnologiya yarışına qoşulub.Texnoloji və elmi inkişafları kommersiya məqsədləri ilə birləşdirməsi nəticəsində özəl kosmik şirkətlərin işi dövlət tərəfindən dəstəklənən rəqiblərini üstələməyə başlayıb.

Paylaş: