Kosmik günəş yelkəni uğurla sınaqdan keçirildi
NASA-nın günəş yelkən texnologiyası mühüm yerləşdirmə testindən keçdi.
Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, yerləşdirmə ABŞ-nin Kolorado ştatının Lonqmont şəhərində “Redwire Corp” müəssisəsində baş tutub.
Günəş yelkəninin kvadrant sahəsi 400 kvadratmetr təşkil edir. Tamamilə açılmış günəş yelkəninin sahəsi 1 651 kvadratmetr və qalınlığı 2,5 mikrondur. Yelkən alüminiumla örtülmüş polimer materialdan hazırlanıb.
Günəş yelkən texnologiyasından istifadə edən potensial missiyalardan bəzilərinə kosmik hava şəraiti və onun Yerə təsirlərinin öyrənilməsi, həmçinin Günəşin şimal və cənub qütblərinin dərindən öyrənilməsi daxildir. Yelkən, həmçinin Venera və ya Merkuriyə gələcək missiyalar üçün də istifadə edilə bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...