Koronavirus hər hansı infeksion xəstəliyin törədicisindən daha yoluxucudur
Bütün dünyada dolaşmaqda davam edən koronavirus hər hansı yoluxucu xəstəliyin törədicisindən daha yoluxucudur. Onun müxtəlifliyinin və uyğunlaşma qabiliyyətinin artma dərəcəsi müşahidə olunur.
Fhnews.az TASS agentliyinə istinadla xəbər verir ki, bu fikirləri N.F.Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru Aleksandr Ginsburq deyib.
“Koronavirus bütün dünyada dolaşmaqda davam edir və əvvəlki variantlarla, məsələn, “delta” ilə müqayisədə yoluxuculuğu 4-5 dəfə artaraq elə rəqəmə çatıb ki, heç bir viruslu xəstəlik törədicisində, hətta qızılcada belə yoxdur”, - deyə o bildirib.
“XBB-nin bütün variantlarından başlayaraq (koronavirusun “omikron” virusu), bu, rekombinant ştammıdır. Onlar öz aralarında ribonuklein turşusu fraqmentləri ilə mübadilə etməyə, yəni uyğunlaşmağa başlayır, müxtəliflik və adaptasiya dərəcəsi artır”, - deyə əlavə edən Ginsburq dəqiqləşdirib ki, “virusun təkamül prosesi” nəinki zəifləyir, həm də “keyfiyyətcə başqa səviyyəyə” keçir.
Alimin sözlərinə görə, o, “insan orqanizmi ilə daha bacarıqla və kompleksli şəkildə əlaqədə olur, onu daha az öldürür, lakin məsafəli fəsadlar yaradaraq uzun müddət orada mövcud olur. Nəticədə uzunmüddətli dövretmə “çox ağır və davamlı immun çatışmazlığı vəziyyəti” yaradır. Sonradan digər viruslu xəstəliklər üzərinə gəlir ki, onların törədiciləri, məsələn, mikoplazmalar insanla bərabər mövcud olur.
“Mikoplazmalar orqanizmimizdə kiçik sayda mövcud olanda onlar ümumiyyətlə patogen hesab olunmurlar və həqiqətən heç bir diskomfort yaratmırlar. Xüsusən də COVID-19-u əmələ gətirən immun çatışmazlığı fonunda onların sayı artır və insanda sətəlcəm başlayır”, - deyə alim izah edib.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...