22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə ilk qatar yola salınıb

29-06-2024
IMG

Lyanyunqan limanındakı Qazaxıstan-Çin logistika terminalında Koreya–Çin–Qazaxıstan–Özbəkistan marşrutu ilə pilot qatarının rəsmi yola salınması mərasimi keçirilib.

Fhnews.az Özbəkistan mediasına istinadla xəbər verir ki, bu barədə “Kazakstan temir jolı” Səhmdar Cəmiyyətinin mətbuat xidməti məlumat verib.

Qeyd olunur ki, tədbirdə dörd ölkənin dəmir yolu administrasiyalarının nümayəndələri iştirak ediblər.

Avtomobillər üçün ehtiyat hissələrini daşıyan qatar 7 min kilometrlik məsafəni qət edib.

“Pilot qatarının istismara buraxılması ölkələr arasında iqtisadi qarşılıqlı fəaliyyət və multimodal daşımaların inkişafı üçün yeni imkanlar yaradacaq”, –deyə mətbuat xidmətinin məlumatında deyilir.

Paylaş: