Kopenhagendə birja binasında yanğın baş verib
Bu gün səhər saatlarında Kopenhagendə tarixi Börşüset binasında güclü yanğın baş verib.
Fhnews.az xəbər verir ki, yerli vaxtla saat 08:30-da binanın qülləsindəki məşhur şpil çöküb.
Danimarkanın mədəniyyət naziri “X” sosial media hesabında “Danimarkanın 400 illik mədəni irsi yanır” cümləsini yazıb.
Polisin məlumatına görə, yanğın binanın bütün mərtəbələrinə yayılıb. Birjanın yerləşdiyi Slotsholmen adası bloklanıb.
Bina boşaldılıb və içərisində olan qiymətli sənət nümunələrinin xilas edilməsi üçün işlər aparılır. Kopenhagen polisi “X” sosial media şəbəkəsində yazır ki, birja ilə üzbəüz yerləşən Maliyyə Nazirliyi də daxil olmaqla bir neçə başqa bina da boşaldılıb.
Fövqəladə hallara hazırlığın təmini üzrə direktor Yakob Vedstad Andersen Danimarkanın TV2 telekanalına bildirib ki, yanğınsöndürmə işləri binanın köhnə olması səbəbindən çətinləşib.
Birja Kopenhagendə 1625-ci ildə tikilmiş ən qədim binalardan biridir. O, bərpa olunur və tikinti taxta-şalbanı, habelə plastiklə əhatə olunub.
Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...