22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

Konyada çəhrayı göl quruyub

29-09-2024
IMG

Konyada yayda çəhrayıya çevrilməsi ilə məşhur olan Meyil Obruk gölü tamamilə quruyub.Konya Karatayda Meyıl Obruk gölündə temperaturun artması və suyun səviyyəsinin azalması səbəbindən 'dunaliella salina' mikroorqanizmləri çoxalır və göl çəhrayı rəngə boyanırdı. Göl həm də karst quruluşu və mövsümdən asılı olaraq rənginin dəyişməsi ilə turistlərin diqqətini cəlb edirdi.

Diametri 650 metr, dərinliyi 75 metr, 1970-ci ildən suyunun dərinliyi 31 metr olan Meyil Obruk gölü hazırda tamamilə quruyub.

Paylaş: